Bu həkimlərin maaşı artırılsın


Digərləri 14 Mar 2019 23:16:00 302 0

Bu həkimlərin maaşı artırılsın

Azərbaycanda vərəmli xəstələrlə işləyən həkimlərin, orta tibb işçilərinin maaşları artırılmalıdır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Milli Məclisdə (MM) "Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmələrdə deyib.

"Vərəm xəstəliyinin müalicəsi çox uzun prosesdir, ən həssas vərəm formalarının müalicəsi azı altı ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır.

Həkimin hansısa maddi marağı olmasa, o zaman bizdə hansısa göstəricilər düzələcək" deyən institut direktoru əlavə edib ki, vərəmin müalicəsi üçün xəstəyə ailə üzvlərinin çox güclü dəstəyi lazımdır:

"Müəyyən bir dövr ərzində vərəmli xəstələrə Vərəmlə Mübarizə üzrə Qlobal Fond tərəfindən yardım verilirdi. Təxminən 50-75 manat yardım ayrılırdı, amma sonradan bu layihə dayandırıldı".