Uçan avtomobillər 5 ilə gerçəkləşəcək


Digərləri 14 Mar 2019 23:10:00 210 0

Uçan avtomobillər 5 ilə gerçəkləşəcək

Texnologiya nəhəngi İntel şirkətinin dron müəssisəsinin rəhbəri Anil Nanduri, uçan avtomobillər və dron sektorunun gələcəyi haqqında şərhlər verdi.

Təcrübəli idarəçi, avtomobilləri uçurmanın şəhərlərin altlarında mövqeləndiriləcək tunellərdən daha az xərcli olduğunu söylədi.

Son.az deyerler.org-a istinadən bildirir ki, gündəlik həyatımızın ən böyük problemlərindən biri olan tıxac üçün texnologiyanın təmin etdiyi imkanlar daxilində ortaya atılan bir çox layihələr var. Elon Maskın tıxacı şəhərlərin altına salmaq layihəsilə yanaşı, digər şirkətlər də maraqlı layihələr təqdim etməyə davam edir. İntel şirkətinin dron müəssisəsinin rəhbəri Anil Nanduri, həllin yeraltında deyil, havada olduğunu söyləyir.

ABŞ media və texnologiya saytı CNET-dən Stiven Şanklanda müsahibə verən Anil Nanduri, günümüzün texnologiyasından uçan avtomobillərə qədər bir çox mövzuda şərh verdi. Gəlin bu maraqlı reportajdan olan hissələrə birlikdə nəzər salaq.

Gələcək 5 il ərzində uçan avtomobillərin həyatımıza girəcəyinə inanırsınızmı?

Anil Nanduri: Qətiyyən. Geniş əhatədə olmasa da, avtomobillərin səmaya yüksəldiyinə şahid olacağıq.