İnsan öz arzu və istəyi ilə tanınar...


Digərləri 14 Mar 2019 22:55:00 258 0

İnsan öz arzu və istəyi ilə tanınar...

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 201-ci ayəsində buyurur:

وِمِنْهُم مَّن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

"İnsanların bəziləri deyirlər: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də həsənə (yaxşılıq, gözəl nemətlər) əta et və bizi odun (cəhənnəm) əzabından qoru!"

Son.az maide.az-a istinadən bildirir ki, xalqı tanımaq yollarından biri onların arzuları və duaları ilə tanışlıqdır. "Bəqərə" surəsinin 200-cü ayəsində bir qrup şəxsin istək və arzusu ilə bağlı belə buyurulur:

فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ

"İnsanlardan bəziləri belə deyirlər: "Ey Rəbbimiz! Bizə dünyada əta et!" Belə şəxslərin axirətdə heç bir payı yoxdur!"

Bu qrup insanın istəyi dünyaya aiddir; onlar bunun xeyrini-şərini düşünmürlər. Sözügedən ayədə isə ikinci qrupun istəyi "həsənədir". Allahdan həm dünya, həm də axirətdə "həsənə" istənilir. Birinci dəstənin nəzərində əsas dünyadır. İkinci dəstə isə "həsənə" olan və axirətlə sonuclanan dünyanı dəyərli sayır.

Rəvayətlərdə dünya və axirət xeyirlərinin müxtəlif nümunələri sadalanmışdır. "Həsənə" isə bir neçə nümunə ilə məhdudlaşır. ("Təfsiri-Nurus-səqəleyn", c.1, səh.199.)

Qurani-Kərimdə 115 dəfə "dünya", 115 dəfə "axirət" sözləri işlədilmişdir. Bu bir təsadüf deyil. Əlbəttə, belə bir nəticə də çıxarmaq olmaz ki, dünya və axirətin əhəmiyyəti eynidir.

Dualarda ümumi məsələlər bəyan olunur. Nə əta etmək isə Allahın öhdəsinə qalır. Biz Allahdan həsənə, yaxşılıq və səxavət istəyirik. Çünki tərəqqimizin və xeyrimizin nədə olduğunu bilmirik. Bunu Allahın ixtiyarında qoyuruq. İnsan elmi məhdudiyyətlərə, agahlığının olmamasına görə xoşbəxt həyat üçün nəyə ehtiyaclı olduğunu bilmir. Ona görə də tövsiyə olunur ki, Allahdan vasitə yox, işin özünü istəyək. Çünki Allah həmin istəyimizi ağlımıza gəlməyən vasitələrlə gerçəkləşdirə bilər. Məsələn, Allahdan həcc ziyarətinə getmək tövfiqi istəyin. Amma deməyin ki, Pərvərdigara, mənə mal-pul ver ki, Məkkəyə gedim. Allah ağlımıza gəlməyən yollarla bizi məqsədimizə çatdıra bilər.

"Bəqərə" surəsinin 202-ci ayəsində də belə buyurulur: