Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub FOTO
Digərləri 14 Mar 2019 22:56:00 218 0
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, təlimin niyyətinə uyğun olaraq, müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq edib.
Ümumqoşun döyüşünün müasir qaydalarına əməl olunmaqla, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə səmərəli fəaliyyət nümayiş etdiriblər.
Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər.
Mənbə: milli.az