Broyler toyuğu və qaraciyəri almayın, yeməyin –


Digərləri 14 Mar 2019 22:35:00 218 0

Broyler toyuğu və qaraciyəri almayın, yeməyin –

Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb.

Son.az medicina.az-a istinadən bildirir ki, pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.

" Toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır.

1.Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır. 2.Toyuğun qara ciyəri və böyrəkləri də atılmalıdır və qətiyyən alınmamalıdır. Çünki antibiotik və toksinlər toyuğun ən çox dərisi, qaraciyəri və böyrəklərində toplanır. 3.Toyuğu duz və limon şirəsi əlavə edilmiş suda 2 saat saxlayıb, sonra bişirmək lazımdır".