Sənədsiz evlərin sənədləşdirilməsi Eskiz layihə üçün


Digərləri 14 Mar 2019 22:04:00 230 0

Sənədsiz evlərin sənədləşdirilməsi  Eskiz layihə üçün

Dövlət başçısının tapşırığına əsasən yeni tikilən ancaq rəsmi olaraq istismara qəbul edilməyən binaların sənədləşdirilməsi sürətləndirilir. Ancaq bəzi tikinti şirkətləri bu proses üçün vətəndaşlara lazım olan sənədləri təmin etmək əvəzinə bu prosesəkölgə salmağa çalışırlar. Belə ki, vətəndaşlar mənzillərinə çıxarış almaq üçün aidiyyatı qurumlara maliyyə sənədi, müqavilə və mənzilin eskiz layihəsini təqdim etməlidirlər. Bəzi MTK-lar isə eskiz layihəni vətəndaşlara pulla satmağa başlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı bildirir ki, Mənzil Tikinti Kooperativlərinin bu addımı heç bir qanun, qaydaya uyğun gəlmir. Onlar həmin sənədi vətəndaşa verməyə borcludurlar.

Ramil Osmanlı onu da bildirir ki, qanunvericilikdə tikinti şirkəti rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı da kifayət qədər yeniliklər edilib və vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət edərək öz haqlarını bərpa edə bilərlər.