İnsan ziyan içindədir


Digərləri 14 Mar 2019 21:55:00 234 0

İnsan ziyan içindədir

Ali dini Rəhbər ayətullahul-üzma Seyyid Əli Xameneyi cənabları, müqəddəs Rəcəb ayı ilə bağlı öz tövsiyələrini vermiş və buyurumuşdur: "Rəcəb ayı - müqəddəs aylar nərdivanın ilk pilləsidir ki, ondan sonra Şəban və Ramazan ayı gəlir. Harada oluruqsa-olaq, bu aylarda qəlbimizdə olan qəfləti və zülməti aradan aparmağa çalışmalıyıq. Gərək səy edək ki, Allahın bu sonsuz rəhmətindən bacardıımız qədər çox istifadə edək.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur ki, insan ziyan içindədir. Yəni, insan ömrünü yandırandır, bada verəndir. Hər birimiz hər an sərmayəmizi əldən verməkdəyik. Bəs sərmayəmiz nədir? Əlbəttə ki, ömrümüz. Mən və siz hər an bu sərmayəni əldən verməkdəyik.

Bəs nə edək ki, sərmayəmizi yaxşı işlərə xərcləyək? Bunun üçün iman və saleh əməl lazımlıdır.

Sərmayəmizin əldən getməsinə baxmayaraq, yerini gözəl əməllər alar və axirətimiz üçün azuqə edər. Bu, ona bənzəyir ki, pulu götürüb bazara gedirsiniz və hamısını xərcləyirsiniz. Sizin üçün qalıcı olan isə aldıqlarınız olur.

Rəcəb ayı - istiğfar ayıdır.

Rəcəb ayı hər bir Allah yolçusu üçün ən yaxşı fürsətdir. Dua ayıdır, təvəssül ayıdır, istiğfar ayıdır. Heç kəs təsəvvür etməsin ki, o, istiğfardan ehtiyacsızdır. Həzrət Peyğəmbərin (s) özü belə, hər gün ən azı 70 dəfə istiğfar edərdi. İstiğfar hamı üçündür.

Lazım bilirəm ki, bacı və qardaşlarımıza və xüsusilə də cavanlarımıza deyim ki, bu müqəddəs aya diqqət etsinlər və onun fəzilətlərindən boyun qaçırtmasınlar. Məna əhli, ariflər bu ayı Ramazan ayının başlanğıcı hesab edirlər. Rəcəb və Şəban ayı - bəndənin Allah ziyafətində iştirak etməsi üçün hazırlıq aylarıdır.

İnsan əvvəl qəlb hüzuruna diqqət etməlidir. Özünü Allahın qarşısında hesab etməlidir. Özünün bütün hərəkətlərini, bütün niyyətlərini, bütün qəlb xatalarını Onun qarşısında hesab etməlidir. Birinci dərəcədə bu, mühüm amildir.

Əgər qəlb hüzuru hasil olarsa, dediklərimizə, etdiklərimizə və eşitdiklərimizə də təsir qoyar. Diqqət etməliyik ki, nə deyirik, hara gedirik, hansı işi görürük, kimin əleyhinə danışırıq.