Yaponiyada yeni İmperatorun hakimiyyət dövrünə ad verilir


Digərləri 14 Mar 2019 21:44:00 222 0

Yaponiyada yeni İmperatorun hakimiyyət dövrünə ad verilir

Yaponiyada yeni İmperatorun mayın 1-də başlanacaq hakimiyyət dövrünün adlandırılması ilə bağlı hazırlıq işləri davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin nazirləri və özəl biznes assosiasiyaları rəhbərlərinin iştirakı ilə martın 14-də keçirilən toplantı zamanı məlumat verilib.

Qeyd edilir ki, Yaponiyada tarixin hesablanması həm ümumilikdə qəbul edilmiş təqvim, həm də İmperatorun hakimiyyət illəri üzrə aparılır. Ona görə də hazırda Yaponiya, həm 2019-cu il, həm də İmperator Akihitonun hakimiyyətinin adını daşıyan Heysey dövrünün 31-ci ilini yaşayır. İmperator Akihitonun şəxsi arzusu ilə o, aprelin 30-da taxtı tərk edəcək, onun yerinə isə vəliəhd-şahzadə Naruhito taxta çıxacaq.

Yeni İmperatorun hakimiyyət dövrünün adı hökumətin, tanınmış filoloqların və hüquqşünasların, tarix mütəxəssislərinin daxil olduğu xüsusi dövlət komissiyası tərəfindən artıq müəyyən edilsə də, gizli saxlanılır.