Ananın bu xüsusi duası ilə, oğlu dərhal xəlifənin zindanından çıxdı


Digərləri 14 Mar 2019 21:50:00 299 0

Ananın bu xüsusi duası ilə, oğlu dərhal xəlifənin zindanından çıxdı

Rəcəb ayında yerinə yetirilən məşhur əməllərdən biri də "Ümmi-Davud" əməlidir. Hədis kitabında oxuyuruq ki, İraqda mərifət əhlindən olan bir cavan Mənsurun (lən) əli ilə zindana atılır və uzun zaman orada həbs altında olur. Bu şəxsin adı Davud idi. Anası övladının ayrılığına tab gətirə bilmirdi. Bir gün İmam Sadiqin (ə) yanına gedir və oğlunun başına gələnləri ona danışır. Həzrətdən (ə) çarə istəyir.

İmam (ə) ona buyurur: "Bilirsənmi ki, bu ay - Rəcəb ayıdır. Dua bu ayda tez yerinə yetər. O şeyi ki, deyirəm - dəqiq yerinə yetir ki, oğlun zindandan azad olsun.

Son.az deyerler.org-a istinadən bildirir ki, birincisi Rəcəb ayının 13, 14, 15-ci günlərini oruc tut. 15-ci günü zöhr zamanı qüsl al və 8 rükət vacib namazını yerinə yetir...".

Sonra anaya xüsusi namazı başa salır.

Elə ki, ana həmin namazı qılır, tez bir müddət sonra oğlunu azad edirlər.