Qocaldıqca bədənimizdə bu dəyişikliklər baş verir –


Digərləri 14 Mar 2019 21:25:00 233 0

Qocaldıqca bədənimizdə bu dəyişikliklər baş verir –

Hər il insan orqanizmində müəyyən dəyişikliklər müşahidə edilir.   Son.az medicina.az-a istinadən hər 10 ildən bir orqanizmdə baş verən dəyişikliklər haqda məlumat verir. Bu məqalə sayəsində siz bədəninizdə baş verən dəyişiklilər haqda əvvəlcədən məlumatlı olacaqsınız.  

20-30 yaş arası

Bu yaşda insanlar daha aktiv, gümrah və ambissiyalı olurlar. Bu zaman kəsiyində insanlar daxildən dəyişirlər. Əslində isə orqanizmdə həqiqətən də bir sıra dəyişikliklər baş verir.

Belə ki, maddələr mübadiləsi zəifləyir, kollagen sintezi azalır, ağıl dişləri çıxır, sümüklərin böyüməsi isə dayanır.

Amma bir şeyi unutmaq olmaz ki, hər bir insanın orqanizmi fərdidir. Məsələn, bəzilərində ağıl dişləri tez, bəzilərində isə gec çıxır. Amma çox hallarda bu dəyişiklərin vaxtı üst-üstə düşür.

30-40 yaş arası

Bu yaş arası insanların orqanizmlərində daha nəzərə çarpacaq dəyişikliklər baş verir. Əsasən, əzələlərin tonusu azalır, əzələ kütləsi azalaraq, piy toxuması ilə əvəzlənir. Bəzi insanların saçları ağarmağa başlayır. Bunun səbəbi isə  melanosidlərin aktivliyinin azalmasıdır. Bundan əlavə, kollagen və elastinin sintezi də zəifləyir.

Əgər bu yaşa qədər hələ də idmanla məşğul olmamısınızsa, o zaman bu haqda düşünməyin tam zamanıdır. Çünki oturaq həyat tərzi orqanizmdə baş verən dəyişikliklərin daha da sürətlənməsinə səbəb olur. Günəşdə qaralmaqdan çəkinin, dərinizə qulluq edin.

40-50 yaş arası

Hesab olunur ki, 40 yaşdan sonra orqanizmin aktiv qocalması gedir. Həqiqətən də bu dövrdə orqanizmdə olan dəyişikliklər sürətlə gedir. Görmə zəifləyir, qadınlarda esterogen hormonunun səviyyəsi azalır, qan təzyiqi yüksəlir. Orqanizm daha rahatlıqla piy toxuması toplayır və əzələ kütləsi azalmağa başlayır. Bundan başqa sümüklər və oynaqlar zəifləyir, sinir hüceyrələrinin  sayı azalır.