Ağıllı insanların xoşbəxt olmamalarının altında yatan


Digərləri 14 Mar 2019 21:05:00 190 0

Ağıllı insanların xoşbəxt olmamalarının altında yatan

Həyatımızda hər şey yaxşı gedərkən bir anda özümüzü yalnız, qəmgin və çarəsiz hiss edə bilərik. Ağıllı insanların günün böyük hissəsində yaşadığı bu vəziyyəti "xoşbəxt olmamaq" olaraq adlandırırıq.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ağıllı insanların yaşadığı xoşbəxt olmama sindromunun altında yatan səbəblər bunlardır:

1) Hər şeyi həddən artıq çox analiz edirlər

Gündəlik həyatlarında ya da iş həyatlarında başlarına gələn hər situasiyada çox düşünməyə meyllidirlər. Düşünmə müddətləri bir çox insanla müqayisədə uzundur. Nəticələri onları kədərləndirsə də düşünməkdən əl çəkməzlər. Ətraf mühit problemləri ilə çox maraqlanırlar. Ətrafa laqeyd münasibət göstərmiş kimi görünsələr də, ən çox maraqlananlar onlardır.

2) Yüksək standartlara sahibdirlər

Bizplus.az bildirir ki, ağıllı insanlar nə istədiklərinin fərqindədirlər və istəklərinin reallaşmasını istəyərlər. Az ilə kifayətlənməzlər. Ehtimal varsa, daha çox istəyirlər. Dostluq münasibətləri, ailə və ya iş münasibətləri olsun daha çoxunu istəməkdə çəkinməzlər. İstəkləri onları idealist düşüncələrə çəkər. Bir ideal yaradarlar və arxasınca gedərlər. Gözləntiləri həyatın reallığı qarşısında məğlubiyyətə uğradıqca onlar üçün də xəyal qırıqlığı qaçınılmaz olar.

3) Özlərinə qarşı sərtdirlər

İdeal düşüncələri və ya həyat tərzləri olsun bunları tətbiq etməyə cəhd edərkən özlərinə qarşı çox sərt olurlar. Dərin düşüncəyə sahib insanlar, uğursuzluqları qarşısında özlərini günahkar sayarlar və həssas bir şəkildə analizinə başlayarlar.