Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunan tədbir keçirilib


Digərləri 14 Mar 2019 20:59:00 224 0

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunan tədbir keçirilib

Martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Bakı. Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Dövlət Təhlükəsizliyi Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Olimpiya və dünya çempionları, idman ictimaiyyətinin nümayəndələri, Akademiyanın müəllim və tələbə kollektivi iştirak edib.