Aysel cavab verdi:


Şou-biznes 14 Mar 2019 20:44:00 226 0

Aysel cavab verdi:

Müğənni Aysel Əlizadə adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı açıqlama verib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, ifaçı məsələni hüquq müstəvisində həll edəcəyini bildirib: "Barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər. Televiziyada yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dərhal dayandırılmasını, həmçinin, təkzib verilməsini və üzr istənilməsini tələb edirəm".

Müğənni haqqında nalayiq ifadələrin işlədilməsinin qarşısını almaq üçün xəbər portallarından da məlumatların yığışdırılmasını xahiş edib.