Çin və Rusiyaya qarşı 750 milyardlıq hərbi proyekt


Dünya 14 Mar 2019 20:49:00 214 0

Çin və Rusiyaya qarşı 750 milyardlıq hərbi proyekt

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Donald Tramp administrasiyasına göndərdiyi 750 milyard dollarlıq müdafiə büdcəsi layihəsinin detallarını açıqlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, layihədə terrorizmlə mübarizənin hədəflərin Çin və Rusiyadan yayındırdığı iddiasına diqqət çəkilib.

Təsadüfi deyil ki, layihənin iki əsas hissəsi qarşıdakı 10 il ərzində ABŞ Silahlı Qüvvələrinin hərbi arsenalı Rusiya və Çinə yönəltmək cəhdlərini əks etdirir. Bu çərçivədə Pilotsuz Uçan Aparatların (PUA) istehsalına qoyulan investisiyanın həcminin artırılması planlaşdırılır.

750 milyard dollarlıq büdcə təklifində qeyd edilib ki, Pentaqonun ehtiyacları üçün 718 milyard dollar, digər sahələrdə müdafiə məqsədləri üçün 32 milyard dollar (xüsusilə nüvə silahları ilə bağlı proqramlar üçün) nəzərdə tutulur.

Büdcə layihəsində ölkənin nüvə arsenalının modernizasiyası, əsasən də Rusiya üçün nəzərdə tutulmuş proqramlara görə 31 milyard dollarlıq maddi vəsaitin xərclənməsi planlaşdırılır. Bu çərçivədə yeni "B-21" bombardmançı qırıcısının istehsalı üçün 3 milyard, yeni "Columbia" tipli nüvə sualtı gəmisinin istehsalı üçün 2.2 milyard dollar maddi vəsait ayrılıb.