İsveçdə 15 faşist indi də “Hitler maaşı” alır


Dünya 14 Mar 2019 20:39:00 237 0

İsveçdə 15 faşist indi də “Hitler maaşı” alır

İsveçdə yaşayan 15 şəxs Adolf Hİtler dövründən bu yana Almaniyadan maaş alır.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu şəxslər İsveçdə nasist ordusu sıralarında müharibə apararkən yaralanıb.

Sonradan nasist rejiminin lideri Adolf Hitler tərəfindən imzalanan qərara uyğun olaraq 15 isveçliyə aylıq maaş verilməsinə başlanılıb. Ölkə mətbuatı qeyd edir ki, maaş ödənilməsi indi də davam edir.

Qeyd edək ki, o dövrdə aralarında 200 isveçlinin olduğu minlərlə şəxs Adolf Hitlerə bağlı olduğunu və sədaqətini elan edib. Bu səbəbdən onlara Almaniya vətəndaşları ilə eyni hüquqlar verilib və ömür boyu maaş almaları haqda qərar çıxarılıb.