Ailəsini Ayselin dağıtdığını deyən qadın:


Şou-biznes 14 Mar 2019 20:21:00 217 0

Ailəsini Ayselin dağıtdığını deyən qadın:

Müğənni Aysel Əlizadənin ailəsini dağıtdığını iddia edən Turanə adlı qadın yenidən "Səni axtarıram" proqramına qatılıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, qadın danışmaq üçün əvvəlcə qorunmasını istəyib. O, aparıcı Xoşqədəm Hidayətqızına "Təhlükəsizliyimi nəzarətə götürürsünüzsə, çox şey danışacam. Mənə hədə-qorxu gəlirlər. Mən bura övladım üçün gəlmişəm" sözlərini deyib. 

Proqramda Ayselə iş adamı Elçin Nəcəfovun bağışladığı "Porsche" markalı avtomobil nümayiş edilib. Bildirilib ki, maşının dövlət nişanında qeyd edilən "EA" Elçin və Ayselin adının baş hərfidir. 

Qadın ərinin onu silahla hədələdiyini söyləyib. O, daha sonra ailəsi müğənnilər tərəfindən dağılan qadınlara müraciət edib. 


Xəbərə aid foto