Rusiyadan digər ölkələrə xəbərdarlıq: “Hazırlaşın, sizə “vor zakonlar” gəlir...”


Dünya 14 Mar 2019 20:09:00 187 0

Rusiyadan digər ölkələrə xəbərdarlıq: “Hazırlaşın, sizə “vor zakonlar” gəlir...”

Bu gün Rusiya Dövlət Duması cinayətkar aləmdə yüksək iyerarxiyaya daxil olan şəxslər, yəni "vor zakon"lar üçün cinayət məsuliyyətini sərtləşdirən və prezident Vladimir Putin tərəfindən irəli sürülən qanun layihəsini qəbul edib. Qanun imkan verəcək ki, "vor zakon" statusu daşıyan cinayətkar aləm nümayəndələri bu statuslarına görə uzunmüddətli həbs cəzalarına məhkum edilsinlər. Vaxtilə bu metodikadan Gürcüstanda Mixail Saakaşvili istifadə etmişdi və nəticədə "vor zakon"lar ölkəni kütləvi tərk etməli olmuşdu.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, qanun layihəsinin müzakirəsi zamanı deputat Aleksandr Xinşteyn başqa ölkələrə tövsiyə edib ki, "vor zakonların" Rusiyadan kütləvi miqrasiyasına hazır olmağa çağırıb. O bildirib ki, Rusiyada artıq beş ildir "vor zakonların" toplantısı olmur. Belələri öz işlərini müzakirə etmək üçün başqa ölkələrə-Türkiyə, Yunanıstan və Ermənistana üz tutmalı olurlar.

"Başqa ölkələrin hüquq-mühafizə orqanlarından həmkarlarımız artıq bizim həmkarlara zəng vururlar və narahat halda soruşurlar ki, Rusiyadan onların ölkələrinə cinayətkar "avtoritetlərin" miqrasiyasına hazırlaşsınlarmı. Aydındır və şübhəsizdir ki, bu miqrasiyaya hazırlaşmaq lazımdır"-Xinşteyn deyib.