Azərbaycanda benzinin və qazın ucuzlaşması gözlənilirmi


Digərləri 14 Mar 2019 17:39:00 202 0

Azərbaycanda benzinin və qazın ucuzlaşması gözlənilirmi

İbrahim Əhmədov: "SOCAR hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq"

"Daxili bazarda qazanc əldə etmək hədəfimiz yoxdur"

Azərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. Sosial yönümlü islahatların çərçivəsində deputatlar, ekspertlər və sadə vətəndaşlar tərəfindən gündəmə gətirilən bu təkliflər sosial şəbəkələrdə çoxsaylı müzakirələrə, paylaşımlara səbəb olub. Ancaq dövlət rəsmiləri və aidiyyatı qurumlar hələ də məsələyə münasibət bildirməyiblər.

İbrahim Əhmədov

Təklifin reallaşmasının mümkünlüyü ilə bağlı Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Tarif Şurası kimi qurumlarla əlaqə saxladıq. İqtisadiyyat Nazirliyindən bildirildi ki, hər iki məhsulun istehsalçısı və satışını təşkil edən şirkət olaraq SOCAR qiymətin dəyişməsi ilə bağlı müraciət etdiyi halda məsələyə baxılması mümkündür.

Son.az xəbər verir ki, bizimyol.info məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova suallar ünvanlayıb:

- Benzinin qiymətinin ucuzlaşması ilə bağlı səsləndirilən təkliflərin reallaşması mümkündürmü?

- Azərbaycanda əsas satılan yanacaq Aİ-92 markalı benzin və dizel yanacağıdır. Bunların qiymətini satıcı şirkətlər deyil, müvafiq dövlət qurumları tənzimləyir. SOCAR bununla bağlı heç bir qərar vermir. Yəni şirkət birtərəfli olaraq qiyməti nə artıra, nə də aşağı sala bilər.

- Müvafiq qurumlar İqtisadiyyat Nazirliyi və Tarif Şurasıdır. İqtisadiyyat Nazirliyindən bizə bildirdilər ki, qiymətin dəyişməsi üçün SOCAR müraciət edərsə, məsələyə baxıla bilər.