Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəldi


Digərləri 14 Mar 2019 16:43:00 172 0

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəldi

Azərbaycan gimnastı Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Bakı. Azərbaycan gimnastı Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb. Trend-in məlumatına görə, təmsilçimiz dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq təsnifat mərhələsində 7-ci olub. M.Nekrasova bu nəticə ilə turnirin həlledici mərhələsinə yüksəlib. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.