Ağciyər Xəstəlikləri İnstitutu: Vərəmli xəstələrə sosial dəstək olmalıdır


Digərləri 14 Mar 2019 16:38:00 195 0

Ağciyər Xəstəlikləri İnstitutu: Vərəmli xəstələrə sosial dəstək olmalıdır

Azərbaycanda vərəmli xəstələrə sosial dəstəyin olması vərəmlə bağlı göstəricilərin azalmasına və bu xəstələrin sayının getdikcə sıfıra yaxınlaşmasına kömək edər.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda vərəmli xəstələrə sosial dəstəyin olması vərəmlə bağlı göstəricilərin azalmasına və bu xəstələrin sayının getdikcə sıfıra yaxınlaşmasına kömək edər. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Milli Məclisdə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə deyib. İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda keçid dövründə vərəmli xəstələrin sayı artmışdı, amma son illərdə yoluxma sayında stabilləşmə müşahidə edilir: "Son iki ildə hətta həm ilkin, həm də təkrar vərəmli xəstələrin xəstələnmə göstəricisində azalma var”. H.Qədirova bildirib ki, vərəmlə bağlı laboratoriayaların sayı artmalıdır: