Nazirlik rəsmisi: Bağçalarda işləyən şəxslərə ciddi tibbi nəzarət olmalıdır


Digərləri 14 Mar 2019 16:25:00 222 0

Nazirlik rəsmisi: Bağçalarda işləyən şəxslərə ciddi tibbi nəzarət olmalıdır

Hava-damcı yolu ilə keçən xəstəliklərin qarşısının alınması üçün bağçalarda, ictimai iaşə müəssisələrində işləyən şəxslərə çox ciddi tibbi nəzarət həyata keçirilməlidir.

Bakı. İlhamə İsabalayeva - Hava-damcı yolu ilə keçən xəstəliklərin qarşısının alınması üçün bağçalarda, ictimai iaşə müəssisələrində işləyən şəxslərə çox ciddi tibbi nəzarət həyata keçirilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmədə çıxış edən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev deyib. Penitensiar müəssisələrdə vərəmlə mübarizə ilə bağlı əldə olunan nəticələrin yüksək olduğunu deyən R.Mehdiyev qeyd edib ki, 2018-ci ildə penitensiar müəssisələrdə vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 126, 2005-ci illə müqayisədə 11, 2015-ci illə müqayisəfə 2 dəfə az olub.