Bakıda mağazada yeniyetmələrə siqaret satan şəxs cərimələnib


Digərləri 14 Mar 2019 16:07:29 231 0

Bakıda mağazada yeniyetmələrə siqaret satan şəxs cərimələnib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib

Bakı. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, martın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.