Qardaş ailəli bacısının ərə getmək istədiyi kişini öldürdü


Digərləri 14 Mar 2019 15:14:00 262 0

Qardaş ailəli bacısının ərə getmək istədiyi kişini öldürdü

Bakıda qətl törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonunda baş verib. Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan M.Quliyev internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanış olub. Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib, M.Quliyevlə 2 aya yaxın birgə yaşayıb.