İqor Dodon: Həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb


Digərləri 14 Mar 2019 15:05:00 206 0

İqor Dodon: Həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb

Aktiv münaqişələrin sayının azalmasına baxmayaraq, həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb

Bakı. Azad Həsənli - Aktiv münaqişələrin sayının azalmasına baxmayaraq, həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon deyib. Onun sözlərinə görə, qlobal iştirakçılar arasında gərginlik davam edir, yeni təhdidlər və çətinliklər yaranır: “Biz açıq və qəti şəklildə eskalasiyanın qəbuledilməzliyini bəyan etməliyik. Ötən il mən deyirdim ki, Moldovanın “ya-ya da” seçimi qarşısında qalmasını istəmirəm. Yeni xarici siyasət nədir? Biz tez-tez “Siz bizimləsiniz, yoxsa bizə qarşısınız?” sualı ilə üz-üzə qoyurlar. Sizin siyasətiniz Rusiyayönümlüdür, NATOyönümlüdür, Avropayönümlüdür, yoxsa ABŞyönümlüdür? Moldova üçün bir mövqe var – Moldovayönümlülük. Əminəm ki, bizim üçün ən əsası milli maraqlar olmalıdır”.