Ayan: "Müğənni kimləsə görüşürsə, əcəb edir"


Şou-biznes 14 Mar 2019 14:52:00 223 0

Ayan: "Müğənni kimləsə görüşürsə, əcəb edir"

Azərbaycanda ancaq toy bazarıdır. Konsertdən, klipdən pul qazanmaq yoxdur. Hər zaman da toydan burmaq ənənəsi olub. Hətta bir dəfə Manaf Ağayev zəng edib dedi ki, elə qiymət deyirsən səni vurmaq istəyirəm.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Hər şey daxil" verilişində deyib. Sənətçi həmkarı Nadir Qafarzadə və musiqiçi Hüseyn Məhəmmədoğlunun xanım ifaçılar haqda dediyi təhqirlərə münasibət bildirib: 

"Hüseynin iki qızı, Nadirin oğlu var. Heç kim bilmir övladı sabah nə olacaq, hansı yolla gedəcək. Müğənninin həyatı açıq ortadadır. Elə müğənni almaq lazımdır ki, gizli-saxlı nəyisə qalmır. Heç kim heç kimin özəlinə toxunmaq olmaz. Namus mini ətəkdə deyil, beyindədir.

Nadir əsəbi olur yazır və sonra silir. Ürəyitəmiz insandır, hislərinə qapılır. Pis yol nəyə deyirlər? Müğənni kimlə görüşür yaxşı edir, əcəb edir.