10 günlük körpəsini atan ananın yalanı ifşa oldu


Digərləri 14 Mar 2019 14:46:00 227 0

10 günlük körpəsini atan ananın yalanı ifşa oldu

10 gün əvvəl dünyaya gətirdiyi uşağından imtina etmək üçün "Səni axtarıram" proqramına üz tutan ananın yalanları üzə çıxıb.

Son.az baku.ws-ə istinadla xəbər verir ki, qadını yaxından tanıyan tamaşaçılar proqrama zəng edərək onu ifşa ediblər.

Məlum olub ki, özünü Xəyalə kimi təqdim edən qadının əsl adı Əzizədir və imtina etdiyi körpənin atası boşandığı əri deyil.

O da məlum olub ki, Əzizənin yeni doğduğu körpəsindən savayı 4 uşağı varmış. Həmin uşaqlara atası baxır.

Halbuki, Əzizə demişdi ki, ailə qurduqdan 2 il sonra birinci dəfə hamilə qalıb. Hamiləliyinin 2-ci ayında həyat yoldaşı üstünə günü gətirib və əri onu boşayıb.