Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib (FOTO)


Digərləri 14 Mar 2019 14:37:25 160 0

Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) ekspertləri Aryen Deij və Galyna Terzi, Estoniya Kvalifikasiya Qurumunun ekspert kordinatoru xanım Maris Vaht ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) ekspertləri Aryen Deij və Galyna Terzi, Estoniya Kvalifikasiya Qurumunun ekspert kordinatoru xanım Maris Vaht ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahəsində aparılan işləri diqqətə çatdırıb.