Bayram günləri Bakı metrosu necə işləyəcək?


Digərləri 14 Mar 2019 14:04:00 274 0

Bayram günləri Bakı metrosu necə işləyəcək?

Bakı metrosu Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, martın 20-si və 21-də stansiyalara əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək: "İlk növbədə, ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Əgər həmin günlərdə stansiyalarda sərnişin sıxlığı olarsa, həmin qatarlar xəttə buraxılacaq. Bununla yanaşı, bütün stansiyalarda növbəli iş rejimi davam etdiriləcək. Şəhər mərkəzində keçirilən bütün tədbirləri nəzərə alaraq bütün stansiyalar hazır vəziyyətdə olacaq".