Kapital Bank yeni "Bravo-3" filialını istifadəyə verdi


Digərləri 14 Mar 2019 14:00:22 217 0

Kapital Bank yeni "Bravo-3" filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir.

Bakı. Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında olan Bravo hiper marketdə (Koroğlu metrosunun yaxınlığında) fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Bravo 3 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.