BMT-nin Baş katibi: Dünya əvvəllər olmadığı kimi çoxtərəfliliyə ehtiyac duyur


Digərləri 14 Mar 2019 13:54:58 215 0

BMT-nin Baş katibi: Dünya əvvəllər olmadığı kimi çoxtərəfliliyə ehtiyac duyur

Dünya əvvəllər olmadığı kimi çoxtərəfliliyə ehtiyac duyur

Bakı. Ləman Zeynalova, Azad Həsənli - Dünya əvvəllər olmadığı kimi çoxtərəfliliyə ehtiyac duyur. Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreşin Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu iştirakçılarına müraciətində deyilir. Müraciət BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosunun direktoru Miryana Spolyariç Egger tərəfindən səsləndirilib. Müraciətdə deyilir: “Mən VII Qlobal Bakı Forumunun keçirilməsinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm. Dünyamız paradoksla üz-üzədir: problemlər bir-biri ilə bağlıdır, amma cavablar fraqmentlər şəklindədir. Ekoloji təhdidlər və silahlı münaqişələr, artan bərabərsizlik və dözümsüzlük fonunda çoxtərəflilik əvvəllər olmadığı kimi zəruridir. Amma bu, kifayət deyil. Biz göstərməliyik ki, insanların qorxu və həyəcanını aradan qaldırmağa imkan verən və hər kəsə fayda verəcək ədalətli qloballaşmanı yaradan qərarların həlli üçün səylərimizi birləşdiririk”.