Boyko Borisov: "Bolqarıstan əlavə qaz həcmlərinin alınması üçün Bakıda danışıqlar aparmağa ümid edir"


Digərləri 14 Mar 2019 13:43:51 223 0

Boyko Borisov: "Bolqarıstan əlavə qaz həcmlərinin alınması üçün Bakıda danışıqlar aparmağa ümid edir"

Bolqarıstan Balkan qaz qovşağı üçün əlavə qaz həcmlərinin alınması üçün Bakıda danışıqlar aparmağa ümid edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumunda Bolqarıstanın Baş naziri Boyko Borisov deyib.

O, Azərbaycan və Rusiya qazının hesabına mənbələrin şaxələndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanla münasibətlərdən danışan B.Borisov bildirib ki, münasibətlər çox gözəldir. Baş nazir Bolqarıstanda "Trapezitsa" memarlıq-muzey qoruğunun, o cümlədən orta əsr kilsələrinin restavrasiyasında köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib:

"Müsəlman ölkəsi Avropa kilsələrinin bərpası üçün vəsait ayırıb. Bu, müxtəlif dini olan ölkələrlə dostluq edə biləcəyimizin sübutudur".

Bolqarıstanın Baş naziri əlavə edib ki, onun ölkəsi heç kimlə münaqişədə deyil və öz qonşuları ilə gözəl münasibətləri var: