Teleaparıcının canlı yayımdakı jesti


Dünya 14 Mar 2019 13:24:00 237 0

Teleaparıcının canlı yayımdakı jesti

Keniyanın ən populyar telekanalı NTV-nin teleparıcısı olan Denn Mvanqi canlı yayımdakı davranışına görə üzr istəyib.

Son.az SDE Kenya-ya istinadən bildirir ki, Efiopiyada Boeing 737 MAX 8 avialaynerinin qəzasından danışarkən arxadakı kadrlarda təyyarənin yerə düşərək partladığı anın kompüter modelləşdirilməsi səhnəsi vardı. Mvanqi, sanki, tüstüdən boğulurmuş kimi əllərini yelləyib və kadrdan çıxıb.

Teleaparıcının bu hərəkəti sosial şəbəkələrdə əxlasqızlıq adlandırılıb.

"NTV-nin aparıcısı tərbiyəsizdir. O qəzada keniyaalılar da həlak olub. Mvanqi isə çox əxlaqsız, iyrənc və tərbiyəsiz hərəkət etdi", - sosial şəbəkə istifadəçiləri yazıblar.


Xəbərə aid fotolar