Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçirilir FOTO


Digərləri 14 Mar 2019 13:25:20 329 0

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçirilir  FOTO

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, martın 17-nə qədər davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq.

Turnirin ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirəcəklər.