Muğam Mərkəzində Novruzla bağlı elmi seminar keçiriləcək


Kriminal 14 Mar 2019 13:29:00 221 0

Muğam Mərkəzində Novruzla bağlı elmi seminar keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində 2019- cu il martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin  "Dəyirmi masa"layihəsi çərçivəsində "Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi " mövzusunda elmi seminar keçiriləcək.

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.  Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaradıb.

Azərbaycan Respublikasının birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın diqqət və qayğısı sayəsində 2009-cu ildə  Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməklə  Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılıb.

Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminar mühüm kəsb edir.