2020ci ildən bütün ölkədə icbari tibbi sığorta sistemi tətbiq ediləcək


Digərləri 14 Mar 2019 12:53:00 236 0

2020ci ildən bütün ölkədə icbari tibbi sığorta sistemi tətbiq ediləcək

Azərbaycanda icbari tibbi sığorta haqlarının vergi idarəsi tərəfindən toplanması məsələsi nəzərdən keçirilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının tvinninq üzrə rezident müşaviri Qediminas Çerniauskas təşkilatın maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta haqlarının və rəsmi azadolma məbləğlərinin tətbiqi xidmətlər zərfi ilə sinxronlaşdırılmalıdır.

Q.Çerniauskas hesab edir ki, icbari tibbi sığorta haqları vasitəsilə və dövlət büdcəsindən maliyyələşmə Azərbaycan üçün yaxşı bir seçimdir.

Aİ rəsmisi tövsiyə edir ki, orta müddətdə səhiyyə sektorunun maliyyələşdirilməsində dövlət mənbələri üstünlük təşkil etməlidir: "Bahalı tibb texnologiyaları icbari tibbi sığorta tərəfindən qarşılanmalı və tibbi ehtiyacı olan əhali üçün əlçatan olmalıdır. Səhiyyədə dövlət maliyyəsinin payı artmalıdır. Tibbi xidmətlərin keyfiyyətinin artması orta və uzunmüddətli dövrdə əsas amil olmalıdır".