"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..."


Digərləri 14 Mar 2019 12:57:36 247 0

"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..."

Bu gün dünya iqtisadiyyatında hər bir ölkə özünün istehsal etdiyi məhsulu digər tərəfə ixrac edərkən onun rəqabətə davamlılığını realizə etmək üçün bu və ya digər üsullardan istifadə edir. Bu da təbii və qəbulolunandır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimin ikinci günündə Azərbaycana gətirilən bəzi dərman vasitələrinin qiymətinin mənşə ölkəsindən ucuz olması məsələsinə aydınlıq gətirərkən deyib.

M.Vahabov qeyd edib ki, Çin bu və ya digər eyni adda məhsul istehsal edir: "Ancaq buna baxmayaraq, tərkibi tamam başqadır. Həmin məhsulu ABŞ-a daha baha qiymətə satır. Çünki sifarişi hər bazara uyğun olaraq istehsal edir. MDB məkanı üçün isə daha fərqli qiymətdir. 

İsveçdə orta aylıq əməkhaqqı 3000 və ya 5000 dollardır. Əlbəttə ki, öz ölkəsi üçün sözügedən dərmanının 30 avro olması məqbuldur. Bu, onlar üçün böyük bir hal deyil.