Mourinyo Zidanın Real-a dönüşünə münasibət bildirdi


İdman 14 Mar 2019 12:18:00 307 0

Mourinyo Zidanın Real-a dönüşünə münasibət bildirdi

Hazırda işsiz olan Joze Mourinyo Zinəddin Zidanın Madrid Real-ının baş məşqçi postuna qayıdışına münasibət bildirib.

Goal.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı Zidanın Madrid klubunda fantastik nəticələr əldə etdiyini deyib: “Düşünürəm ki, Real əvvəlki səviyyəsini bərpa edəcək. Madrid klubu doğru seçim etdi. Zidanla Real bir- birinə uyğundur. Fransalı kluba fantastik uğurlar qazandırıb”.

Mourinyo jurnalistlərin “Real-ın sizi seçmədiyinə təəssüflənmirsiniz ki?”sualını belə cavablandırıb: “Bunu istəyib- istəmədiyimi heç yerdə deməmişəm. Məncə, Zidan ideal variantdır”.