Üzünü mişarla doğradı,


Digərləri 14 Mar 2019 12:07:00 272 0

Üzünü mişarla doğradı,

Avstraliya sakini təsadüfən üzünü motomişarla doğrayıb, sonra da xəstəxanaya yollanıb.

Son.az How I Survived-ə istinadən bildirir ki, 68 yaşlı Bill Sinqlton odun doğramaq üçün meşəyə yollanmışdı. Özü ilə müxtəlif ölçülü iki motomişar aparan Sinqlton daha iri motomişarı işə salıb.

Ağacı doğramağa başlayanda motomişar əlindən çıxıb.

Mişar B.Sinqltonun üzünü tən yarıdan kəsib. Dili kəsildiyindən o, telefonla zəng vurub yardım çağıra bilməyib. Güclü qanaxma nəticəsində huşunu itirən Sinqlton bir müddət sonra özünə gəlib, maşına tərəf 40 metr sürünüb və əlinə keçən parçalarla üzünə sarğı qoyub.


Xəbərə aid fotolar