“Bayern Münich-ə məhz Liverpool-la qalib gəlmək istəyirdim” - Klopp


İdman 14 Mar 2019 11:34:00 249 0

“Bayern Münich-ə məhz Liverpool-la qalib gəlmək istəyirdim” - Klopp

Liverpool-un baş məşqçisi Yurgen Klopp ÇL-nin 1/8 finalında Bayer Münich üzərində qələbədən (3:1) sonra fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasından razı qaldığını deyib.

“Belə matçlarda rahat nəfəs almaq mümkün deyil. Layiqli qələbə qazandıq. Bayern Münich-lə səfər matçları həmişə çətin olur. Burda 1 oyunda 3 qol vurmaq asan deyil. Müdafiədə əla oynadıq. Adətən, ÇL-nin səfər matçlarında güclü müdafiə olunmuruq. Bu dəfə bacardıq. Qələbə vacib idi. Daha iki qol vurmaq mümkün idi. Salah şansı əldən verdi. Van Dayk haqqında nə deyə bilərəm ki? Onun bacarığı, güclü tərəfləri və möhtəşəm xarakteri ilə bağlı kitab yaza bilərəm. Bütün futbolçularımla qürur duyuram. Fanatlarımıza gözəl gecə yaşatdıq. Bayer Münich-ə məhz Liverpool-la qalib gəlmək istəyirdim. Buna nail oldum. Növbəti mərhələdə kiminlə qarşılaşacağımızın fərqi yoxdur”, - mütəxəssis bildirib.