Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili


Dünya 14 Mar 2019 11:24:49 255 0

Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili

Zəhra Nəvidpura təcavüz edən millət vəkili, İran parlamentinin Parlamentində İctimai məsələlər üzrə komissiayanın sədri və İran xarici işlər nazirinin müavini Salman Xudadadi ilə bağlı Tehran Cəza Məhkəməsinin qərarı açıqlanıb.

Son.az bildirir ki, məhkəmənin qərarına görə, S.Xudadadi tutduğu vəzifələrdən 2 il müddətinə uzaqlaşdırılır. Bundan savayı, o, Tehranı dərhal tərk edərək 2 il sürgün həyatı yaşamalı. S.Xudadadiyə 90 şallaq zərbəsi də vurulacaq.

28 yaşlı Zəhra Nəvidpur Binab və Məlikan şəhərlərinin millət vəkili S.Xudadadi tərəfindən təcavüzə məruz qaldıqdan sonra müəmmalı şəkildə qətlə yetirilmişdi.

Xatırladaq ki, Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərində daha əvvəl şəhərin millət vəkilinin təcavüzünə uğradığını irəli sürən 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü bölgə əhalisi və ictimai fəalları təşvişə salmışdı.

Yarırəsmi Mehr agentliyi Zəhra Nəvidpurun yanvarın 6-da Məlikan (Məlikkəndi) şəhərində intihar etdiyinə dair məlumat yaymışdı.

"Bu xanım keçən aylarda bir millət vəkilinə qarşı bəzi iddialar irəli sürmüşdü", - agentlik üstüörtülü şəkildə təcavüz mövzsuna işarə etmişdi.

İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif qruplar, o cümlədən türk fəallar gənc qadının millət vəkilinin göstərişi ilə qətlə yetirilmə ehtimalından söz edir.

HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

Zəhra Nəvidpur İran parlamentinin mənsubu, millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Gənc qadın deyirdi: "2015-ci ilin qışında iş axtarmaq məqsədilə Məlikan qubernatorluğuna müraciət etdim. Sonra özü mənimlə təmas qurdu cənab Xudadadi. Mənə dedi ki, gəl Tehrana, ali audit katibliyində sənə iş verəcəyəm..."


Xəbərə aid fotolar