Yaponiya biznes dairələri Azərbaycanda fəaliyyətini genişləndirir (FOTO)


Digərləri 14 Mar 2019 11:19:16 391 0

Yaponiya biznes dairələri Azərbaycanda fəaliyyətini genişləndirir (FOTO)

Yaponiyada rəsmi səfərdə olan vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.

Bakı. Yaponiyada rəsmi səfərdə olan vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, T.Kano 2018-ci ilin sentyabrında Bakıya rəsmi səfərini xatırladaraq, ölkəmizdə səmərəli görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Görüşdə ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyi vurğulanıb. Səfər çərçivəsində vergilər naziri M.Cabbarov Yaponiya Baş nazirinin xüsusi müşaviri Tamohiko Taniquçi, xarici işlər nazirinin müavini Toşiko Abe, habelə Yaponiya maliyyə nazirinin müavini, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvü Keniçiro Ueno ilə də görüşüb.