Musiqi məktəbində “Məclisi Üns” adlı tədbir keçirilib


Digərləri 14 Mar 2019 10:46:40 284 0

Musiqi məktəbində “Məclisi Üns” adlı tədbir keçirilib

“Nəsimi ili” elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məclisi Üns” adlı tədbir keçirilib.

Bakı. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məclisi Üns” adlı tədbir keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, çıxış edən Xalq artisti Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri şair Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov, dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar. Tədbirdə millət vəkili Rauf Əliyev, Xəzər rayon Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin müavini Arif Balayev, SOCAR EKO-Parkın direktoru Tahir Şıxəliyev, məktəb və müəssisə rəhbərləri iştirak ediblər.