Kollecdə gülləbaran: 10 ölü


Dünya 14 Mar 2019 10:25:00 239 0

Kollecdə gülləbaran: 10 ölü

Braziliyanın San-Paulu şəhərinin cənubundakı Suzanna bölgəsində yerləşən "Professor Raul Brasil State College"dəki atışma nəticəsində 10 nəfər həlak olub. Kollec binasına daxil olan iki gənc qarşılarına çıxan hər kəsə atəş açandan sonra intihar ediblər.

Son.az Globo-ya istinadən bildirir ki, qara geyinmiş bu şəxslərin üzlərində maska olub. Həlak olanların 8-i şagirdlər, 2 nəfəri kollecin işçiləridir.

Gülləbaranda 24 nəfər yaralanıb.

Polisdən verilən məlumata görə, gülləbaranı törədənlər 17 yaşlı Gilyerme Monteyro və 25 yaşlı Enrike de Kastrodur.

Sana-Paulunun qubernatoru Juau Doria olayla bağlı olaraq bütün görüşlərini təxirə salaraq faciə yerinə yollanıb. O, kollecdəki faciə ilə bağlı olaraq ştatda üçgünlük matəm elan edib.

Braziliyanın prezidenti Jair Bolsonaru da həlak olanların ailələrinə başsağlığı verib.

"Professor Raul Brasil State College"də 1000-dən artıq şagird təhsil alır, 105 nəfər çalışır.