“Cırtdan” keçmiş Meksika prezidentini məhkəməyə verdi


Dünya 14 Mar 2019 10:28:00 261 0

“Cırtdan” keçmiş Meksika prezidentini məhkəməyə verdi

El-Çapo ("Cırtdan") ləqəbi ilə tanınan meksikalı narkobaron Xoakin Qusman ölkənin keçmiş prezidenti Enrike Penya Nyetoya qarşı cinayət işinin açılması ilə bağlı məhkəmədə iddia qaldırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Xose Luis Meza açıqlama verib.

"Cırtdan" siyasətçini özünün ABŞ-a ekstradisiyası ərəfəsində və ekstradisiyası vaxtı prosessual qaydaları pozmaqda ittiham edir. Vəkilin sözlərinə görə, Qusman, əslində, ABŞ-ın sərhədyanı şəhərlərindən birinə  - ya Texas ştatının El Paso şəhərinə, ya da Kaliforniyanın San-Dieqo şəhərinə çatdırılmalı idi.

Bunun əvəzinə onu Nyu-Yorka aparıblar. "Cırtdan"ın vəkili bunun ABŞ və Meksika arasında bağlanmış ekstradisiya haqqında müqavilənin tələblərinə zidd oluğunu bildirir.