Bu gün Bakıda FIG Dünya Kubokunda Azərbaycan gimnastı ilkə imza atacaq


Digərləri 14 Mar 2019 10:21:00 184 0

Bu gün Bakıda FIG Dünya Kubokunda Azərbaycan gimnastı ilkə imza atacaq

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku bir çox özəlliklərlə yadda qalacaq.

Bakı. Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku bir çox özəlliklərlə yadda qalacaq. Trend-in məlumatına görə, buna ənənəvi olaraq yarışda sərgilənən yüksək təşkilatçılıq və peşəkarlıq əsas verir. Yeniliklərdən biri isə Azərbaycan yığmasını təmsil edəcək qadın idman gimnastımız Marina Nekrasovanın bir ilkə imza atması olacaq. Belə ki, o, qapalı idman paltarında çıxış edəcək. Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva isə bu geyimə uyğun olaraq idmançımız üçün xüsusi olaraq "Sarı gəlin"ı hazırlayıb. Gimnastımız məhz bu kompozisiya altında çıxış edəcək və hakimlərin bunu bəyənəcəyinə, uğur qazanacağına ümid edir.