“Dünyada tək zalım varsa, o da sənsən”


Dünya 14 Mar 2019 10:11:00 239 0

“Dünyada tək zalım varsa, o da sənsən”

Türkiyə Dəyanət Vəqfi 5-ci Byenəlxalq Yaxşılıq Mükafatlarının təqdimat mərasimini təşkil edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sərt açıqlamalar verib.

O, İsrail baş naziri Benyamin Netanyahuya səslənərək onu zalım adlandırıb:

"Türkiyədə jurnalistlərin həbsdə olmasından narahat imiş. İsraildə minlərlə uşaq, qadın, yaşlını həbsxanaya salan sən deyilmisən? Bizim məbədlərimizə, "Məscidi-Əqsa"ya hücum edənlər, orada din adamlarını döyənlər sizin əsgərlər, polsilər deyilmi? Bunu necə izah edəcəksən? Əgər dünyada bir zalım varsa, o da sənsən. Utanmadan, bezmədən danışırsan. İsrail bizi təhrik etmək istəyir, amma biz təhrik olmayacağıq".