“Facebook”, “Instagram” və “WhatsApp”dakı problemlə bağlı


Dünya 14 Mar 2019 09:42:00 253 0

“Facebook”, “Instagram” və “WhatsApp”dakı problemlə bağlı

Ötən gün axşamdan etibarən "Facebook", "Instagram", "WhatsApp" kimi sosial şəbəkələrdə yaşanan texniki problemlə bağlı rəsmi açıqlama verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər üç şəbəkənin daxil olduğu "Facebook şirkətinin mühəndisləri problemin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildiriblər.

Şirkətdən verilən açıqlamada problemin haker hücumu ilə əlaqəli olmadığı vurğulanıb.