Ankarada qatar relsdən çıxdı


Dünya 14 Mar 2019 09:05:00 219 0

Ankarada qatar relsdən çıxdı

Səhər saatlarında Ankara dəmir yolunda qəza baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza hərəkətdə olan yük qatarının relsdən çıxması səbəbindən baş verib. 4 vaqonun relsdən çıxması nəticəsində yanacaq ətrafa dağılıb.

Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayanıb. Hadisə yerinə qəza-xilasetmə briqadası cəlb olunub.