ABŞ ali məktəblərində rüşvət qalmaqalı


Dünya 14 Mar 2019 08:38:00 223 0

ABŞ ali məktəblərində rüşvət qalmaqalı

ABŞ Federal Təhqiqatlar Bürosu Hollivud aktyorlarının və məşhur iş adamlarının övladlarını  rüşvətlə ölkənin nüfuzlu ali məktəblərinə düzəldən mütəşəkkil dəstəni ifşa edib.

Son.az oxu.az-a istinadən bildirir ki, 50 nəfərə qarşı ittiham irəli sürülüb

Saxlanılanlar arasında olan tanınmış Hollivud aktrisası Felisiti Haffman böyük qızının giriş imtahanındakı cavablarının yenidən yazılması üçün 15 min dollar məbləğində rüşvət verib. Los-Anceles şəhərindəki evində saxlanılan Haffman istintaqla əməkdaşlıq edəcəyini bildirəndən sonra 250 min dollarlıq girov müqabilində sərbəst buraxılıb.

Aktrisa Lori Laflin isə iki qızını saxta idmançı sənədləri tərtib etməklə akademik avarçəkmə komandasının üzvü qismində Cənubi Kaliforniya Universitetinə düzəltdirmək üçün 500 min dollar rüşvət verib.