Ərdoğan: "Hamı sussa da, biz susmayacağıq"


Dünya 14 Mar 2019 08:18:00 212 0

Ərdoğan: "Hamı sussa da, biz susmayacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu fələstinli uşaqların qətlində ittiham edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Ərdoğan Netanyahunun fələstinli uşaqların qanını tökdüyünü söyləyib, Əl-Əqsa məscidinə müsəlmanların girişinin qadağan edilməsini və 5 fələstinlinin həbs olunmasını pisləyib.

"Qüdsü unutmayacağıq. Hamı sussa da, biz susmayacağıq, son nəfəsimizə qədər İslam aləmi üçün çox önəmli və mübarək şəhər olan Qüdsün ədalətlə idarə olunması üçün mübarizə aparacağıq"